AFFA Türkiyə Futbol Federasiyası ilə danışıqlar aparır

Xəbər - Fərid Zöhrabov – Trend:

Türkiyə və Azərbaycan oyunçularının legioner sayılmaması ilə bağlı Türkiyə Futbol Federasiyası ilə mütəmadi olaraq danışıqlar aparılır.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, Türkiyə və azərbaycanlı oyunçuların legioner sayılmaması milli komandada yox, klublarda oynamağa şamil oluna bilər. Bu barədə hansısa yeniliklər olarsa, ictimaiyyət məlumatlandırılacaq.


F.Abdulla əlavə edib ki, 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq. Belə ki, Premyer Liqada oynamaq üçün iki əsas amil var.

Qeyd edək ki, Dünən AFFA-nın Hesabat Konfransından sonra qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Konfransda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov gələn mövsüm Premyer Liqa 10 komanda mübarizə aparacağını bildirib. Bununla yanaşı, onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında danışıqlar gedib ki, bu ölkələrin oyunçuları əcnəbi sayılmasın.

Teqlər: