Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.
AzerTimes Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
Türkiyəli məşqçinin son komandası “Beşiktaş” olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.