AFFA U-15 Liqasında keçirilən “Lion”-“Ulduz” (Mingəçevir) görüşündə futbolçular arasında dava düşüb.
AzerTimes xəbər verir ki, İntizam Komitəsi “Lion”un oyunçusu Hüseyn Hüseynovu 4 matçlıq cəzalandırıb.
Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün 4 qarşılaşmalıq diskvalifikasiya edilib.
Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi vurmağa cəhd göstərdiyi üçün 2 oyunluq cəza alıb.