AFFA “Neftçi”nin prezidentini cəzalandırdı

AFFA “Neftçi”nin prezidentini cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AzerTimes xəbər verir ki, yığıncaqda qəbul olunan qərara əsasən “Neftçi” klubunun prezidenti Kamran Quliyev cəzalandırılıb.

“19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Turan Tovuz”- “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi” klubunun prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə edilir (maddə 41.4, maddə 32). Sınaq müddəti 6 ay təyin edilsin”, – qərarda qeyd olunub.

Teqlər: