AFFA İntizam Komitəsi “Sabah”ın idman direktoru və U-19 komandasının baş məşqçisi İqor Ponomaryovu cəzalandırıb.
AzerTimes xəbər verir ki, buna 63 yaşlı mütəxəssisin Gənclər Liqasında “Kəpəz”ə qarşı keçirilən oyunun 90-cı dəqiqəsində hakimlərə qəti şəkildə etiraz etməsi səbəb olub.
Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Ponomaryov 1 oyunluq diskvalfikasiya edilib.