AFFA hakimləri söyən klub direktorunu cəzalandırdı

AFFA hakimləri söyən klub direktorunu cəzalandırdı

AFFA İntizam Komitəsi “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramovu beş oyunluq cəzalandırıb.

AzerTimes xəbər verir ki, buna onun II Liqanın VII turunda “Şəfa” ilə matçda hakimlər otağına icazəsiz daxil olaraq rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndirməsi səbəb olub.

Qax təmsilçisi buna görə 400 manat cərimələnib.

Teqlər: