AFFA ermənilərin təxribatı ilə əlaqədar FIFA-ya müraciət ünvanlanacaq

Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) tərəfindən FIFA-ya ermənilərin Rumıniya ilə oyunda təxribata əl atması ilə əlaqədar müvafiq qaydada müraciət ünvanlanacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə AFFA-nın “Facebook” səhifəsində bildirilir.


Məlumatda deyilir: “2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan – Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq”.

Teqlər: