AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb.
AzerTimes xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib.
Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır.
O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.