Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanov azadlığa buraxılıb.
AzerTimes-ın məlumatına görə, Mamed Nanacanov araşdırma müddəti ərzində 48 saat saxlanıldıqdan sonra azadlığa çıxıb. Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.
Faktı hüquq mühafizə orqanlarından AzerTimes-a təsdiqləyiblər.
Qeyd edək ki, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.