Afət Fərmanqızı Flora Kərimovaya uduzdu

Afət Fərmanqızı Flora Kərimovaya uduzdu

Müğənni Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilməyib.

AzerTimes xəbər verir ki, müğənninin vəkili tərəfindən Binəqədi rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə bu gün baxılıb. Nəticədə onların şikayəti təmin edilməyib.

Qeyd edək ki, müğənni A.Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, bir neçə aydır A.Fərmanqızı ilə xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

Teqlər: