Aparıcı Afaq Gəncəli “Səhər mərkəzi” verilişindəki fəaliyyətinə ara verib.
AzerTimes Axşam.az-a istinadən xəbər verir ki, Afaq bu gün tamaşaçılarla sağollaşıb. O, səhhətində yaranan problemlə əlaqədar aparıcılıqdan uzaqlaşdığını açıqlayıb:
“Səhər mərkəzi” verilişi ilə sağollaşıram. Səhhətimlə bağlı bir müddətlik olmayacağam. Bütün komandamıza təşəkkür edirəm (kövrəlir). Qayıdacağam, yeni layihələr olacaq. Səhhətim düzələn kimi gələcəyəm”.
Qeyd edək ki, Afaqın aparıcılıq fəaliyyətinə ara verməsi xəbərini ilk dəfə Axşam.az saytı yazıb.