Afaq Gəncəli əməliyyat olundu

Afaq Gəncəli əməliyyat olundu

Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Ona 1 ay çox danışmaq olmaz, sentyabrdan yenidən efirə qayıdacaq.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış aparıcı Samir Bayramlı həmkarı Afaq Gəncəlinin səhhəti haqqında danışarkən deyib.

“Səhərin səsi” verilişində açıqlama verən məşhur bildirib ki, Afaq Gənclidə qalxanabənzər vəzinin həcminin böyüməsi qeydə alınıb.

Xatırladaq ki, A.Gəncəli keçən həftə aparıcısı olduğu verilişdə səhhəti ilə əlaqədar olaraq bir müddət karyerasına fasilə vermək məcburiyyətində olduğunu açıqlamışdı.

Teqlər: