Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərə erməni yeməyi təklif olunub.
Təklif edilən “ermənisayağı hinduşka düyü ilə” bəzi sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlərdən biri stüardessalarla dialoqunu çəkərək videonu sosial şəbəkələrdə yayıb.
Sosial şəbəkələrdə yayılan xəbər Azərbaycanlıların kütləvi narazılığına səbəb olub.
“Aeroflot”un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq”, – deyə AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.