Xəbər - Cani Babayeva – Trend:
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə kişilər (12-14 yaş) arasında fərdi hərəkətlərdə finalçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, finala Artyo Xuruci (Rusiya, 19.100 xal), Aleksandr Mişinkov (Bolqarıstan, 19.050 xal), Kirill Timofeyev (Rusiya, 18.750 xal), Tiaqo Pineyro (Portuqaliya, 18.350 xal), Darius Yurgeleviçus (Litva, 17.650 xal), Kaleb Vinsu Kristian (İndoneziya, 17.300 xal), Atanas Blaqoyev (Bolqarıstan, 17.050 xal) və Manuel Resendes (Portuqaliya, 17.050 xal) yüksəlib.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.
Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.
Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.
(Tərcümə: Orxan Nəbiyev)