Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında aerodans proqramında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günündə 15-17 yaşlı idmançılar arasında aerodans prqoramında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, Rusiya (17.450 xal), Rumıniya (17.200 xal), Macarıstan (17.200 xal), Avstriya (16.200 xal), Ukrayna (16.100 xal), Portuqaliya (16.100 xal) və litvalı (17.300 xal) qruplar finala çıxıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.


Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: