Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi iştirakçıları arasında çox perspektivli gənclər var – Baş məşqçi

Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı
birinciliyi iştirakçıları arasında çox perspektivli gənclər
var.

Bunu Trend
aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş
məşqçisi Marian Kolev deyib.

“Şadam ki, çoxlu gənc idmançı Azərbaycan çempionatı və Bakı
birinciliyindi çıxış edir. Bu, yaxşı göstəricidir. Perspektivli
gənclər var, onlara öz bacarıqlarını təkmilləşdirmək üçün vaxt
lazımdır. Gələcəkdə onlar təkcə yerli deyil, həm də beynəlxalq
yarışlarda yaxşı nəticələr göstərə biləcək. Ümid edirəm ki, ildən
ilə iştirakçıların sayı çoxalacaq”, – deyə o bildirib.

Baş məşqçi vurğulayıb ki, milli komandanın üzvləri Portuqaliyada
keçiriləcək Dünya Yaş Qrupları Yarışlarında (10-12 iyun) və sonra
aerobika gimnastikası üzrə dünya çempionatında (16-18 iyun) iştirak
edəcək.

“Ümid edirəm ki, gimnastlarımız öz proqramlarını qüsursuz icra
edəcək. Qeyd edim ki, komandanın heyətində dəyişikliklər olub, yeni
gimnastlar gəlib və onlar yeni proqramla çıxış edəcək. Vladimir
Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlük Avropa
çempionatına vəsiqə üçün mübarizə aparacaq”, – M.Kolev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: