AEBA təcili olaraq Ukraynadakı atom elektrik stansiyalarını yoxlayacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) təcili olaraq
Ukraynadakı atom elektrik stansiyalarını yoxlayacaq.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Telegram”-da Ukraynanın “Energoatom” Milli Nüvə Enerjisi
İstehsalat Şirkəti məlumat yayıb.

“AEBA-nın sədri Rafael Qrossi bildirib ki, agentlik Zaporojye
Atom Elektrik Stansiyasının atəşə tutulması ilə əlaqədar AES-i
yoxlamaq üçün Ukraynaya gəlməyi planlaşdırır”, – məlumatda
bildirilir.

Həmçinin qeyd olunur ki, yoxlamalar Çernobıl AES zonasında
aparılacaq.