AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın Natanz şəhərində nüvə obyektində uranı 60% -ə qədər zənginləşdirməyə başladığını təsdiqlədi.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi təşkilatın açıqlamasına istinadən bildirib.

AEBA-da bildirilib: “İran 60 faiz (izotop) səviyyəsinə qədər zənginləşdirilmiş UF6 [uran heksaflorid] istehsalına başlayıb”.

Eyni zamanda, təşkilatın Reuters-in sərəncamında olan məxfi hesabatında “…> müəssisədə istehsal olunan UF6 zənginləşdirmə səviyyəsinin, İranın agentiyə qeyd etdiyi kimi, 55,3 faiz U-235 təşkil edib”.

AEBA əməkdaşları məlumatların doğru olub olmadığını yoxlamaq üçün Natanz müəssisəsindən zənginləşdirilmiş uran nümunəsini araşdıracaq.

Teqlər: