Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yeni İran hakimiyyətinin Agentliyin əvvəlki İran hökuməti ilə əldə etdiyi razılaşmalara riayət etməyə hazır olub-olmadığını öyrənməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu Vyanada keçirilən mətbuat konfransı zamanı AEBA-nın baş direktoru Rafael Qrossi deyib.
R.Qrossi bildirib: “Əvvəlki rəhbərliklə müəyyən müqavilələrimiz vardı. Hazırkı rəhbərliyin bunların icrasına razı olub-olmadığını və ya dəyişdirmək istədiyini müəyyən etmək lazım gələcək”..
Tehrana səfərini şərh edən R.Qrossi keçirilən görüşləri konstruktiv adlandırıb, lakin İranın nüvə proqramının optimal şəkildə monitorinqi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib: “Bütün məsələləri 10 saat ərzində həll etmək mümkün deyildi”.
Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi sentyabrın 12-də İranın paytaxtı Tehrana səfər etmişdi.