Xəbər - Fərid Zöhrabov – Trend:
Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.
Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.
“ADY Container”dən Trend-ə verilən məlumata görə, qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.