Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC 2021-ci ilin birinci yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə rekord həcmdə yük daşıyıb.
“ADY Express”dən AzerTimes-a bildiriblər ki, hesabat dövründə BTQ ilə 1 767 vaqonda 108 534 ton yük daşınıb. Bu, marşrut istifadəyə verilən dövrdən bu günədək ən yüksə göstəricidir.
Ümumilikdə 2020-ci il ərzində “ADY Express” 50 min ton yük daşıyıb ki, bu da hazırkı göstəricidən 117 faiz azdır. Yüklərin əsas hissəsi Rusiyanın Maqnitoqorsk metallurgiya kombinatının payına düşüb.
(Tərcümə: Orxan Nəbiyev)