ADY Ekspo Mərkəzində xüsusi stendlə təmsil olunur

ADY Ekspo Mərkəzində xüsusi stendlə təmsil olunur

“AZCON Holding”in şirkətlərindən olan ADY Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.

AzerTimes xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə stendimizə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.

Sərgidə ziyarətçilər pavilyonumuza böyük maraq göstərir.

Hər birinizi stendimizdə görməkdən şad olarıq, sərgini ziyarət etməyə tələsin!

Teqlər: