Bu il ərzində Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.
Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşı qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.
“Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 “Əlaqə Mərkəzi”nə dərhal məlumat verin”, – məlumatda qeyd olunur.