ADU-nun tələbələri Nardaran məktəbliləri ilə görüşüblər (FOTO)

Aprelin 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə
fakültəsinin dekanı və tələbələrin iştirakı ilə Nardaran qəsəbəsi
295 № li tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.

Fakültə dekanı dosent Bənövşə Məmmədova ADU-nun rektoru,
akademik Kamal Abdullanın salamını məktəbin kollektivinə və
şagirdlərə çatdırıb, universitetlə məktəb arasındakı əlaqələrdən
danışıb. Mütəmadi şəkildə keçirilən tədbirin təşkilinin
əhəmiyyətini qeyd edən fakültə dekanı 295 nömrəli məktəbin
şagirdlərinin bir neçə ildir ki, tələbə olaraq ADU-da təhsil
aldıqlarından danışıb. Bənövşə Məmmədova məktəbin müəllim və şagird
kollektivini ADU-nu ziyarət etməyə dəvət edib.

Sonra görüşün əsas iştirakçıları olan tələbələr təhsil aldıqları
ixtisas dilində universitet və fakültə haqqında, universitetin
xarici universitetlərlə əlaqələrindən, dil bilməyin əhəmiyyətindən
danışıblar. İngilis dili dərslərində iştirak edən tələbələr
qızların təhsildə rolu və təhsilin əhəmiyyəti ilə bağlı ingilis
dilində çıxışlar ediblər.

Məktəbin direktoru Dilarə Cəbrayılova rəhbərlik etdiyi təhsil
ocağına diqqətinə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya,
eləcə də universitetin kollektivinə, tələbələrə təşəkkürünü
bildirib.

Teqlər: