Azərbaycan Dillər Universitetinin professor və müəllim heyəti, o cümlədən ölkənin tanınmış alimləri ADU-nun sabiq professoru Həbib Zərbəliyevlə bağlı müraciət yayıb.
AzerTimes-a daxil olan müraciətdə bildirilir ki, Həbib Zərbəliyev ötən ay professor vəzifəsinə seçkidə fakültə Şurası tərəfindən səs toplaya bilməyib, buna görə də universitetə qarşı qarayaxma kampaniyasına başlayıb.
“Bu gün Azərbaycan Dillər Universitetinə, onun rəhbərliyinə və kollektivinə böhtan atan, təhqir edən Həbib Zərbəliyev üçün bu əməl ilk dəfə deyil. O, vaxtilə işlədiyi Dilçilik İnstitutundan da ona tapşırılan vəzifənin öhdəsindən gəlmədiyi üçün uzaqlaşdırılmış və bu, ictimai müzakirələrə də səbəb olmuşdu. Ondan əvvəl isə Təhsil Nazirliyindən işdən çıxarılmışdı və bunun da səbəbləri daha dərindədir. İqtisadiyyat Universitetində, İdarəçilik Akademiyasında da bu şəxs vaxtilə etdiyi, ona məlum səbəblərdən işdən kənarlaşdırılmışdı”, – deyə müraciətdə vurğulanır.
Müraciətdə qeyd edilir ki, tənqid-şantaj etdiyi yerlərə işə düzələn, işlədiyi yerlərdən istisnasız olaraq qalmaqalla ayrılan Həbib Zərbəliyev 70 yaşında belə öz “metodunu” davam etdirir:
“Universitet kollektivini nişan alan bu “cəfakeş” alimi-biəməl kimini ləyaqətsiz, kimini yaltaq, kimini də savadsız adlandıra-adlandıra əsl şantajçıya xas üsulla dünən yazdığını iki gün saxlayıb, poza-poza universitetdən “intiqam almağa” başladı. Həbib Zərbəliyev indiyə qədər işlədiyi bütün yerlərdən qısa müddətdən sonra ayrılıb və nə qədər qəribə də olsa, həmişə qalmaqal yaradıb. İndi də eyni üsulla ADU-da professor seçilə bilməyəndən sonra işlədiyi bu ocağa qarşı gözdənsalma kampaniyası başladıb, şər və böhtan yağdırır”.
Müraciətdə bildirilir ki, Həbib Zərbəliyev özündən guya “cəfakeş” obrazı yaradaraq, hələ də ictimai rəyi çaşdırmağa xidmət edir:
“Azərbaycan Dillər Universiteti nəinki son illər ölkə miqyasında nüfuzunu artırıb, hətta bu elm ocağının adı dünya miqyasında sayılıb-seçilən təhsil ocaqlarının sırasında çəkilir. Yalnız onu demək kifayətdir ki, 2017-2018-ci tədris ilində ADU-ya qəbul faizi bakalavr üzrə 93 faiz, magistratura üzrə 83 faiz olub. 2021-2022-ci tədris ilində bu rəqəmlər müvafiq olaraq bakalavr üzrə 98 faiz, magistratura üzrə 87 faiz olub.
Təhsil tariximizdə ilk dəfə olaraq QS Beynəlxalq reytinqlər cədvəlində 1600 universitet arasında 300-cü yeri tutmağımızla Universitetimizi xarici ölkə alimləri, Vətənimizdəki elm və təhsil nümayəndələri, tanınmış ekspertlər təbrik edirkən, bu adam belə bir hadisəni də məsxərə və lağ mövzusuna çevirdi, ləyaqətsiz şəkildə bunu istehza ilə öz Feysbuk səhifəsində paylaşmışdı.
Qeyd etmək istərdik ki, ADU bu gün unikal layihələri ilə seçilən təhsil ocağıdır.
Xatırladaq ki, 2017-ci ildə ADU-da 300-dən artıq tələbənin günlərlə davam edən etiraz aksiyaları keçirilirdi. Bu gün isə bu universitet nümunəvi təhsil müəssisələrindən biri kimi ad qazanıb.
Bu baxımdan Həbib Zərbəliyevin ictimaiyyəti çaşdırmaq cəhdi olan bu şər və böhtanları düşünülmüş təxribat, ali məktəblərə qəbul prosesində abituriyentlərə təzyiq və ADU-nun işgüzar nüfuzuna, imicinə ləkədir.
Bütün bunları nəzərə alaraq, Həbib Zərbəliyevə (və onun havadarlarına) son çağırış edirik: əməllərindən əl çəkməsə və şər-böhtan kampaniyasını davam etdirərsə, ADU Elmi Şurası və professor-müəllim heyəti ADU-nun işgüzar nüfuzunu qorumaq üçün məhkəməyə müraciət etmək və onun ölkə qanunvericiliyinin tələbləri ilə ən sərt şəkildə cəzalanmasını təmin etmək məcburiyyətində qalacaq”.
1. Qılıncxan Bayramov – professor
2. Gəray Yusifov – professor
3. Şaban Şabanov – professor
4. Ələddin Əliyev – professor
5. Misgər Məmmədov – dosent
6. Nigar Zeynalova – dosent
7. Vüsalə Ağabəyli – dosent
8. Nərgiz Seyidova – filologiya elmləri doktoru
9. Fikrət Cahangirov – professor
10. Fərəh Niftəliyeva – dosent
11. Şəfəq Şahməmmədova – psixologiya üzrə fəlsəfə doktoru
12. Coşqun Dadaşov – mütəxəssis
13. Bənövşə Məmmədova – dosent
14. Qorxmaz Quliyev – professor
15. Sərxan Abdullayev – professor
16. Fazil Əhmədov – dosent
17. Dilarə İsmayılova – professor
18. Əsgər Zeynalov – professor
19. Azad Məmmədov – professor
20. Fatma Qurbanzadə – filologiya üzrə fəlsəfə doktoru
21. Çingiz Qaraşarlı – professor
22. Gülnarə Sadıxova – professor
23. Tamilla Əmirova – dosent
24. Loğman Əliyev – dosent
25. Sevdagül Əliyeva – dosent
26. Ədalət Abdiyeva – dosent
27. Şahin Xəlilli – professor
28. Aida Yusifzadə – professor
29. Muxtar İmanov – akademik
30. Elşən Məmmədov – mütəxəssis
31. Məmməd İsmayılov – dosent və s.
Qeyd edək ki, məktubu ümumilikdə hələlik 60-a yaxın professor və müəllim imzalayıb.