ADU-nun Konfutsi İnstitutunda Çin döyüş sənətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Dünya Tay çi çuan və Qigong Gününə həsr olunmuş onlayn seminar keçirib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan Tay çi çuan – Çin döyüş sənətinin və müxtəlif sağlamlıq gimnastikasının ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal sistemi olmasından danışıb. О, Konfutsi İnstitutunun Tay çi çuan dərnəyinin işindən danışıb. Bu döyüş sənətinin əsas prinsipi olan “zəiflərin güclü üzərində üstün olduğu zaman” texnikasının xüsusiyyətlərindən, fərdi üslub və formalarından bəhs edir.

R. Abbasov, eyni zamanda bu yaxınlarda ADU-da Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men Tay çi çuan və təkbətək döyüş sənətinin Vu Şu əsasları mövzusunda ustad dərsləri keçdiyindən bəhs edib. O, evdə, karantin şəraitində aktiv fiziki formanın saxlanılmasının vacibliyini qeyd edərək, Tay çi çuan gimnastikası üzrə videodərslərin keçirilməsini qeyd edib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva Tay çi çuan növlərindən, Qigong sağlamlığı yaxşılaşdırmaq üçün təlimlər kompleksi sağlamlığa faydalarından danışıb. N. Qocayeva eyni zamanda Qigongun – bədən, duyğu və ağılla əlaqəli möhtəşəm bir uyğunluq təşkil etdiyini insanda birlik, balans və harmoniya kimi prinsipləri inkişaf etdiyindən bəhs edib.


Sonda Konfutsi İnstitutunda İstehsalat təcrübəsi keçən çinşünas tələbələr Tay çi çuan haqqında öz biliklərini bölüşüblər.

Teqlər: