ADU-nun əməkdaşı TÜRKSOY tərəfindən medalla təltif olunub (FOTO)

Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı,
Qazaxıstanın Ankaradakı səfirliyi və Türk Dil Qurumunun (TDQ)
əməkdaşlığı çərçivəsində “Qazax dilinin dönüş nöqtəsi: Ahmet
Baytursunlunun anadan olmasının 150 illiyi” münasibətilə elmi
toplantı keçirilib.

Tədbirdə TÜRKSOY-un idarə heyətinin sədri Düsen Kaseinov,
Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuli və TDQ-nin sədri
professor Gürer Gülsevin çıxış edib, türk respublikalarının
müxtəlif universitet, qurum və tədqiqat mərkəzlərindən nümayəndələr
iştirak edib. Ölkəmizi toplantıda AMEA Nəsimi adına Dilçilik
İnstitutu Türk dilləri şöbəsinin müdiri, ADU-nun əməkdaşı dosent
Elçin İbrahimov təmsil edib.

E.İbrahimov elmi toplantıda “Qazax milli düşüncəsinin
formalaşmasında Əhməd Baytursunoğlunun rolu” başlıqlı geniş məruzə
ilə çıxış edib. O, çıxışında Əhməd Baytursunoğlunun həyat və
yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli
kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, Çar və Sovet
Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərakatının təşəkkülündə
və genişlənməsində misilsiz rol oynadığını diqqətə çatdırıb.

Toplantıda E.İbrahimov TÜRKSOY tərəfindən türkologiya və türk
dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və “Dyula
Nemet-130” medalı ilə təltif olunub.

Teqlər: