ADU Konfutsi İnstitutu “Çin Kungzhu Oyunu” adlı onlayn seminar keçirib

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Ümumdünya Janqlyorluq Gününə və Bakı Dövlət Sirkin 75 illiyinə həsr olunmuş “Çin Kungzhu Oyunu” adlı onlayn seminar keçirib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov seminarda çıxış edərək janqlyorluğun qədim Çin sənətinin və idmanının məşhur bir növü olduğunu və Novruz Bayramı şənliklərində ağır çəkilərlə hoqqabazlığın Azərbaycanda da qədim zamanlardan geniş yayıldığını xatırladıb. R. Abbasov, həmçinin qeyd edib ki, dünyada ilk məşhur hoqqabazlardan – eramızdan əvvəl 770-476-cı illərdə yazılmış Çin salnamələrində bəhs olunan Çin döyüşçülərindən də və döyüşdən əvvəl düşmənə qılınc ilə janqlyorluq sənətini o qədər ustalıqla göstərirdilərdi ki, hətta münaqişə başlamadan sona çatırdı.


Çin xalqının özünəməxsusluğunu və ənənələrini özündə təcəssüm etdirən Çin sirk sənətinin unikallığı, bu ölkənin sirk kollektivlərinin ölkəmizə qastrol səfərləri barədə də danışarkən, R.Abbasov əsası ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Azərbaycan-Çin tamaşa incəsənəti əməkdaşlığının mütərəqqi inkişafını xüsusi vurğulayıb. R. Abbasov, həm də çox sayda hiylə və diqqətli və çevik hazırlığı ilə ən çox sevilən Çin əyləncələrindən biri olan Kunzhu oyununun yaranma tarixindən və qaydalarından, Kunzhu oyuncaqlarının bambukdan hazırlanmasının xüsusiyyətlərindən bəhs edib.

Teqlər: