ADU-da şagird konfransı: rektor parta arxasında… – Foto

ADU-da şagird konfransı: rektor parta arxasında… – Foto

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird elmi konfransı keçirilib.

AzerTimes xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Universitetin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin və şagirdlərin yeni elmi biliklərin əldə olunması baxımından konfransın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir:

“Bu gün tarixi bir gündür. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konfransın açılış mərasiminə toplaşmışıq. Gənclər, tələbələr ulu öndər Heydər Əliyevin bizə əmanətidir. Biz bu əmanətə daima sadiq qalacağıq. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız”.

Konfransda Azərbaycanın müxtəlif regionlarından olan orta məktəb şagirdləri, orta məktəb direktorları, elmi rəhbərlər çıxış ediblər. Konfransda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Aqşin Bağırov, Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Ağdam rayonu 47 nömrəli tam orta məktəbinin direktoru Zülfiyyə Zeynalova, Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru Nərgiz Familzadə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, Nizami rayonu Kamil Əliyev adına 61 №-li tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva, Şamaxı rayon Sabir qəsəbə Alxan Alxanov adına orta məktəbin və 2 saylı Texniki Humanitar Liseyin nümayəndələri təbrik nitqi ilə çıxış ediblər.

İlk dəfə olaraq ADU-nun tələbələri konfransda iştirak edən, məruzə ilə çıxış edən şagirdlərin elmi rəhbəri olublar.

Qeyd olunub ki, konfransın təşkil olunması gənc tədqiqatçıların elmi-nəzəri və təcrübi imkanlarını artırmış olacaq.

ADU-nun Elmi işlər üzrə prorektoru Novruz Məmmədov, Tədris işləri üzrə prorektor Sevinc Zeynalova, Təhsil-1 fakültəsinin dekanı Fikrət Cahangirov, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Əlavə təhsil fakültəsinin dekanı Məmməd İsmayılov, Filologiya fakültəsinin dekanı Şahin Xəlilli, TEC elmi rəhbəri Lamiyyə Namazova konfrans iştirakçılarını təbrik edib, onlara uğurlar arzu ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Konfransın bağlanış mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın işini yüksək qiymətləndirib.

ADU-nun Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli bölmə iclasları haqqında məlumat verib.

ADU-nun BM və Regionşunaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, TEC elmi rəhbəri Lamiyyə Namazova, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova konfransın işini yüksək qiymətləndiriblər. İştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.

Sonda ADU və Ağdam rayonu 47 nömrəli tam orta məktəb, Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəb, Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəb, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi, İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Füzuli rayon 56 nömrəli tam orta məktəb, Şamaxı rayon Sabir qəsəbə Alxan Alxanov adına orta məktəb, 2 nömrəli Texniki Humanitar Lisey arasında əməkdaşlıq memorandumu imzalanıb.

Teqlər: