ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edilib (FOTO)

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin
(ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan
olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edib.

Tədbirin açılışında ADU-nun prorektoru Jalə Qəribova, Hindistan
səfirliyinin ikinci katibi Ajay Kumar Pandey və Hind Dili və
Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva çıxış ediblər.

Tədbirdə ADU-nun digər yüksək vəzifəli şəxsləri və tələbələri də
iştirak ediblər.

Seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın
fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub.

ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar
haqqında danışıb, Ramil Əliyev isə dinləyicilərə karmanı izah
edib.

Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva,
həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib.

Tədbirdə bir neçə hind və Azərbaycan rəqsləri də ifa olunub.

Sessiyanın sonunda Hindistanın Bakıdakı Səfirliyi tərəfindən
iştirakçılara təşəkkür və minnətdarlıq əlaməti olaraq sertifikatlar
paylanılıb.

Teqlər: