Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezislərindən ibarət kitab çap olunub. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans mayın 16-da bu təhsil ocağında onlayn formatda keçirilmişdi.
Konfransda 3 məcburi köçkün məktəbi olmaqla, ümumi 18 orta məktəbdən 33 şagird, 8 universitetdən 28 tələbə fəal iştirak edib. Konfransda iştirak edən 300 nəfərdən çox tələbə və şagirdlərə sertifikatlar göndərilib.
Kitabın açıq PDF-variantı universitetin Dspace rəqəmsal kitabxanasında yerləşdirilib, eyni zamanda bütün konfrans iştirakçılarına kitabın PDF variantı göndərilib.
ADU-nun DSpace rəqəmsal kitabxanasından kitabın PDF versiyasını aşağıdakı linkə keçid edib əldə etmək olar.
http://217.64.17.124:8080/xmlui/handle/123456789/1108