ADU-da ağacəkmə aksiyası keçirildi – Foto

ADU-da ağacəkmə aksiyası keçirildi – Foto

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dillər Universitetində silsilə tədbirlər çərçivəsində kollektiv tərəfindən ağacəkmə aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, yaşıllaşdırma aksiyasında ADU-nun rektoru akademik Kamal Abdulla, ADU-nun professor-müəllim heyəti, universitet kollektivi və tələbələr iştirak ediblər.

Aksiya ADU-nun əsas tədris binası və Təbriz küçəsi 81 ünvanında yerləşən korpusunda baş tutub.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Teqlər: