Martın 5-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla
xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və
cansağlığı arzulayıb. Rektor bildirib ki, 8 mart şüurlarda qadına
olan hörmətin ifadəsi kimi yaşayır:
“Əziz qadınlar, əziz xanım tələbələr sizə cansağlığı, könül
xoşluğu arzu edirəm. 8 mart yaddaşlarda sevgiliyə, anaya, övlada,
bacıya münasibətin gözəl ifadəsi kimi qalıb. Azərbaycan qadını
deyəndə yadımıza ulularımız düşür. Azərbaycan qadını deyəndə
yadımıza həyatını, varlığını millətin inkaşafı yolunda sərf edən
anamız, bacımız, qızlarımız düşür. Sizi həm də ona görə təbrik
edirik ki, biz sizin qarşınızdakı borcumuzu yerinə yetirmiş
sayılırıq. Cənab Prezidentimizin rəhbərliyi altında şanlı Qarabağ
savaşını şərəflə başa vurmuşuq. “Qarabağ bizimdir!” sözlərini artıq
reallıq kimi ürəkdən deyən insanlarıq”.
Rektor əlavə edib ki, yetişməkdə olan gənc nəsil Prezident İlham
Əliyevin bu yoldakı rəşadətini, cəsarətini anlayır, alqışlayır və
yaşadır:
“İnanıram ki, Azərbaycan qadınları qalib xalq mədəniyyətinin
bariz nümayəndələri kimi Azərbaycanın bu gündən sabaha
irəliləyişinin ləyaqətli, şərəfli olmasını saxlayacaqdır. Arzu
edirəm, biz universitetin adını elə yüksəklərə qaldıraq ki,
tələbələrimiz harda olmaqlarından asılı olmayaraq fəxrlə desinlər
ki, “biz Azərbaycan Dillər Universitetinin məzunlarıyıq”. Sizi bir
daha təbrik edirəm”.
Tədbir bədii hissə ildə davam edib. Tələbələr müxtəlif dillərdə
ana haqqında şeirlər söyləyib, musiqilər səsləndiriblər.
Sonda universitetin “Dalğa” rəqs qrupu bir-birindən maraqlı
rəqslər nümayiş etdirib.