ADU-da “31 mart soyqırımı-1918” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Mart soyqırımı 1918-ci ildə 30 mart və 3 aprel tarixləri
arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Qarabağ,
Naxçıvan ərazilərində Bakı Soveti, S.Şaumyanın rəhbərliyi və
təşkilatçılığı, Daşnakstyun partiyasından olan silahlı dəstələrin
Andranik Ozanyanın başçılığı ilə erməni-bolşevik quldur
dəstələrinin Azərbaycan xalqına, türk-müsəlmanlara, digər etnik
azlıqlara qarşı törətdiyi tarixi bir cinayətdir. Ulu öndər Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə bu məşum tarix “31 mart azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir.

Bu münasibətlə 28 mart tarixində Azərbaycan Dillər
Universitetində ADU Multikulturalizm Mərkəzinin və ADU YAP İlk
ərazi təşkilatının rəhbərliyi ilə “31 mart soyqırımı – 1918”
mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ADU-nun
rektoru akademik Kamal Abdulla iştirak edib.

ADU Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin
moderatorluğu ilə baş tutan konfransda AMEA A.Bakıxanov adına Tarix
İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Cəbi Bəhrəmov
“Azərbaycan xalqına qarşı 1918-cı il mart soyqırımı cinayətləri:
tarix və müasir dövr”, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif
Qafarov “31 mart soyqırımının yekunları və nəticələr”, ADU
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə
Bağırova “1918-ci il mart soyqırımı: səbəblər və nəticələr”, ADU
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart
soyqırımının dünyada tanıdılması istiqamətində problemlər və
prespektivlər” mövzusunda məruzələrlə çıxış edib.

Konfransa Türkiyə təmsilçiləri də qoşulmuşdur. Distansion
qaydada Türkiyə Respublikası Tarrus Universiteti Bəşəri və ictimai
elmlər fakültəsinin dekanı milli soyqırımlar multikultural
dəyərlərə qarşı, tarixçi Dr. Qiyas Şüküroğlu “Mart hadisələri
Osmanlı kamuoyuna yansımaları”, ADU Türkiyə Araşdırmaları
Mərkəzinin müdiri f.ü.f.d. Aynur Babaşova Beşkonak soyqırımların
tarixi kökləri mövzularında çıxış ediblər. Türkiyəli jurnalist
Zeynep Batimor soyqırımların ictimai-siyasi səbəblərini qabardıb,
Xocalı soyqırımına həsr etdiyi kitabın yazılma tarixindən
danışıb.

Konfrans sual-cavab və diskusiya ilə davam edib.

Teqlər: