ADRA-nın fəaliyyətində QHT və biznes əməkdaşlığı beynəlxalq konfransda müzakirə olunub (FOTO)

“Hökumət-QHT-biznes tərəfdaşlığı: beynəlxalq təcrübə” mövzusunda keçirilən konfransa Azərbaycan Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir təmsil etdiyi qurumun fəaliyyəti, ictimai birliklərlə iş və vətəndaşlarla birbaşa ünsiyyət məsələləri ilə bağlı çıxış edib. O, sahibkarlarla yanaşı vətəndaşlardan gələn təklif və şikayətlərin pandemiya dövründə həlli məsələlərində sosial şəbəkələrin rolundan danışıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda “Hökumət-QHT-biznes tərəfdaşlığı: beynəlxalq təcrübə” mövzusunda keçirilən konfransın məqsədi müxtəlif xarici ölkələrin dövlət orqanlarının vətəndaşlar, ictimai təşkilatlar və biznes qurumları ilə qabaqcıl əməkdaşlıq təcrübəsini öyrənməkdir.

Azərbaycan Dövlət Reklam Agentliyi ilə yanaşı “Qarabağ Dirçəlif Fondu” Publik Hüquqi Şəxsi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, QHT Agentliyi, İçəri Şəhər Dövlət Qoruğu və TƏBİB nümayəndələri, o cümlədən yerli QHT-lər və biznes nümayəndələrinin də iştirak etdiyi konfransda MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadə, Açıq Hökumət Platformasının katibi Zaur İbrahimli və Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin (ICNL, ABŞ) vitse-prezidenti Natalia Burjailynin çıxışları olub.

Hökumət- vətəndaş cəmiyyəti təşkilatları-biznes əməkdaşlığının istiqamətləri, maliyyə mexanizmlərində ABŞ nümunəsi ilə yanaşı, Qazaxıstan və Rusiyadan olan iştirakçılar ICNL-ın Qazaxıstan üzrə tərəfdaşı Gulmira Kujukeyeva və ICNL-in Rusiya ofisinin rəhbəri Darya Miloslavskayanın bu sahədə müvafiq olaraq Qazaxıstan və Rusiya təcrübəsi barədə təqdimatları olub.

Dövlət Turizm Agentliyinin nümayəndəzi Azər Orucov Agentliyin biznes və QHT-lərlə əməkdaşlıq təcrübəsindən danışıb, Gəncə-Arqobiznes Assosiasiyasının nümayəndəsi Vüqar Babayev və Rotary Club İctimai Birliyinin nümayəndəsi Emil Həsənov isə vətəndaş cəmiyyətinin inkişafına biznes və dövlət dəstəyinin istiqamətləri və üsulları barədə, bu sahədə problemlərin həlli haqqında maraqlı çıxışlar ediblər.

Teqlər: