ADPU-nun tələbə təşkilatları Bakı Türk şəhidliyi abidəsini ziyarət edib (FOTO)

Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə
Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, ADPU Könüllüləri
Tələbə Birliyi və ADPU Türk Öyrənci Yönetim Konseyinin iştirakı ilə
31 mart soyqırımının 104-cü ildönümünə həsr olunmuş yürüş
keçirilib. Yürüş çərçivəsində tələbə təşkilatlarının nümayəndələri
Bakı Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

1918-ci ilin mart soyqırımlarını öz amansızlığına və miqyasına
görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı
faciələrdən biri kimi dəyərləndirən ADPU TGT-nin sədri İsmayıl
Nəsirov deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya
qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların
soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə
soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə
aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində
səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı
törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart
Azərbaycanlıların Soyqırımı Günü elan edildi.”

Teqlər: