ADPU-nun tədqiqatçıları pedaqoji kadr hazırlığında Türkiyə təcrübəsini öyrənir (FOTO)

“Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə
əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji
Universitetində tətbiqi” mövzusunda “Mentorluq fəaliyyətinin
tətbiqi nəticəsində tədqiqata əsaslanan məzmunun həyata
keçirilməsi” istiqamətinə dair qrant layihəsi çərçivəsində ADPU-nun
Elmi Tədqiqar Mərkəzinin Tətbiqi Tədqiqatlar bölməsinin müdiri
dosent Gülşən Novruzova və bölmənin kiçik elmi işçisi Əlvan Cəfərov
Türkiyə Cümhuriyyətinin Ankara şəhərində ezamiyyətdə olmuşlar.

Səfərin məqsədi Ankaranın Hacettepe Universitetinin Ədəbiyyat
fakültəsi və Qazi Universitetinin Təhsil fakültələrində filologiya
ixtisası üzrə pedaqoji kadr hazırlığı işində Türkiyə təcrübəsinin
öyrənilməsidir.

Səfər müddətində Hacettepe və Qazi universitetlərində tədris
prosesinin təşkili məsələləri ilə bağlı müzakirələr aparılmış,
əməkdaşlar bir sıra dərslərin tədrisi prosesində müşahidəçi
qismində iştirak etmişlər. Hər iki universitetdə dəyirmi masa
təşkil olunub.

Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin dekanı
professor Mehmet Öz qonaqları fakültədə tədris olunan fənlər barədə
məlumatlandıraraq dərslərin Avropa təhsil sisteminə uyğun tədris
olunduğunu bildirib.

Qazi Universitetlinin Təhsil fakültəsinin dekanı professor
Mahmut Selvi ilə Türkiyənin təhsil təcrübəsinin öyrənilməsi yönündə
fikir mübadilələri aparılıb.

Teqlər: