ADPU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət
Pedaqoji Institutunun (QDPİ) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə QDPİ-nin rektoru Yanina Aleksandrovna
Çiqovskaya-Nazarova, həmin universitetin Qəbul Komissiyasının məsul
katibinin müavini Liliya İosifovna Belıx, Qəbul Komissiyasının
aparıcı mütəxəssisi Yuliya İvanovna Dmitruk, Rusiya Federasiyası
Udmurtiya Respublikası Hökumətinin Beynəlxalq əlaqələr üzrə
müşaviri Dmitri Ryabov, Udmurtiyada yaşayan Azərbaycan diasporunu
təmsil edən “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi”nin sədri
Zülfüqar Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Umud Mirzəyev, ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris
işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar
məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, ADPU-nun
nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru dosent
İsrayıl İsgəndərov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi
Nurəngiz Mahmudova iştirak ediblər.

Görüş zamanı rektor Cəfər Cəfərov və prorektor Fikrət Rzayev
qonaqları salamlayaraq ADPU-nun fəaliyyəti barədə məlumat veriblər.
QDPİ-nin rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova öz
növbəsində rəhbərlik etdiyi institutun təhsil proqramları,
fəaliyyəti, nailiyyət və problemləri barədə danışıb.

Görüş çərçivəsində ADPU və Qlazov Dövlət Pedaqoji İnstitutu
arasında birgə onlayn konfransların, yay məktəblərinin və tədris
proqramlarının təşkili, məqalələrin elmi jurnallarda qarşılıqlı
dərci və sairə kimi əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda ali təhsil müəssisəsinin rektorları arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.

Teqlər: