Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan Araşdırma Mərkəzi yaradılıb.
Bu barədə AzerTimes-a universitetdən məlumat verilib.
Məlumata görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmri ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində yaradılan mərkəzdə Qərbi Azərbaycanla bağlı simpozium, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Mərkəzin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova təyin edilib.