ADNSU ilə Türkiyənin Batman Universiteti arasında Memorandum imzalanıb (FOTO)

Martın 16-da Türkiyənin Batman Universitetinin rektoru,
professor İdris Demir və nümayəndə heyəti Azərbaycan Dövlət Neft və
Sənaye Universitetində (ADNSU) olublar. Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, eləcə də
universitetin prorektorlarının iştirakı ilə görüş keçirilib.

Qonaqları salamlayan ADNSU-nun rektoru, professor Mustafa
Babanlı onlara universitetin tarixi, beynəlxalq əməkdaşlıq
əlaqələri və qoşulduğu layihələr haqqında məlumat verib. Rektor,
professor M.Babanlı layihələrin ən uğurlusu olan UFAZ təcrübəsindən
danışaraq ikili diplomla bağlı tədris olunan mövzuların
uyğunluğundan danışıb.

Sonra Batman Universitetinin rektoru, professor İdris Demir
universitetlərində fəaliyyət göstərən mərkəzlər, tədris olunan
ixtisaslar haqqında geniş məlumat verib. O, Azərbaycanın ön sırada
yer alan ali təhsil müəssisəsində olmasından məmnun olduğunu
deyib.

Səfir Cahit Bağcı çıxışında Azərbaycan-Türkiyə əlaqələrindən
danışıb. Son illərdə əməkdaşlığın daha da genişləndirilməsindən
bəhs edən səfir iki qardaş ölkənin ali təhsil müəssisələri arasında
belə əməkdaşlıq əlaqələrinin qurulmasının yüksək perspektivli
nəticələr verəcəyinə əminliyini bildirib.

Sonda iki ali məktəb arasında əməkdaşlığa dair Memorandum
imzalanıb.

Teqlər: