ADNSU ilə “SPM Oil and Gas” şirkəti arasında Memorandum imzlanıb (FOTO)

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) “SPM Oil and gas” şirkəti ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,
prorektorlar, universitetin professor-müəllim heyəti, “SPM Oil and
gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri Elnur
Qulamov və nümayəndə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı
univeristetdə görülən işlər, əməkdaşlıq əlaqələri, akkreditasiya
olunan ixtisaslar, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində görülən işlərdən danışıb. Müasir əmək bazarının
tələblərinə uyğun kadr hazırlığının universitetin prioritet
istiqamətlərindən biri olduğunu deyən rektor M.Babanlı “SPM Oil and
gas” şirkətinin ehtiyaclarına uyğun kadrların yetişdirilməsi üçün
tələbələrin şirkətdə təcrübəyə cəlb olunması, eyni zamanda, şirkət
mütəxəssislərinin dəvətli professor qismində seminarlar keçməsi
üçün birgə işlər görülməsinin vacib olduğunu deyib.

“SPM Oil and gas” şirkətinin filial rəhbəri E.Qulamov təmsil
etdiyi şirkət haqqında iştirakçılara məlumat verib və ADNSU ilə
innovativ layihələrin işlənilib-hazırlanmasında, yenilikçi
ideyaların reallaşdırılmasında, tələbələrin təcrübə keçməsi üçün
imkanların yaradılmasında maraqlı olduqlarını qeyd edib.

Sonda tərəflər arasında əməkdaşlığa dair Memorandum
imzalanıb.

Qeyd edək ki, Memoranduma əsasən, ADNSU-nun tələbə və
müəllimlərinin tərcübə prosesində neft sənayesində istifadə olunan
texnologiya və məhsullar ilə tanışlığı, tələbələr üçün seminarların
təşkilinə dəstək göstərilməsi, kurikulum çərçivəsində tələbələr
üçün mühazirələrin keçirilməsinə dəstək verilməsi, həmçinin,
universitet tərəfindən potensial təcrübə və iş imkanları üçün
şirkətə məlumat göndərilməsi və anlaşmadan irəli gələn digər
məsələlərin icrası nəzərdə tutulur.

Teqlər: