ADNSU ilə “AzEdu Academy” Tədris Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
(ADNSU) rektoru, professor Mustafa Babanlı “AzEdu Academy” Təhsil
Mərkəzinin əməkdaşları ilə görüşüb.

Görüşdə Ali məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə
fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın
təmin edilməsi üzrə səylərin birləşdirilməsi istiqamətində fikir
mübadiləsi aparılıb. Qeyd olunub ki, ADNSU-nun kontingenti üçün
Mərkəz tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi təşkil
ediləcək, tələbələr üçün Beynəlxalq sertifikatlı kurslar
keçiriləcək.

Həmçinin, o da vurğulanıb ki, universitet tərəfindən irəli
sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə
təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi
diqqət mərkəzində saxlanılacaq.

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın
təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.

Teqlər: