ADNSU-da yanğın olub? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində zibil qutusunda yanğın olub.

Bunu Trend-ə açıqlamasında ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.

O bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib: “Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb”.

Teqlər: