ADNSU-da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib (FOTO)

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti, o cümlədən
xanım əməkdaşları iştirak edib. ADNSU-nun rektoru, professor
Mustafa Babanlı alilələrimizdə, həmçinin cəmiyyətimizdə qadınların
əvəzsiz rolundan danışıb və qeyd edib ki, Azərbaycan xanımı, Ana
bizim üçün həmişə müqəddəs olub. Ölkəmizdə istər təhsil sahəsində,
istərsə də digər istiqamətlərdə çalışan xanımların kifayət qədər
olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-nun uğur
qazanmasında və yeni-yeni nailiyyətlər əldə etməsində xanım
əməkdaşların rolunun kifayət qədər böyük olduğunu diqqətə
çatdırıb.

Xanımların fədakarlığından danışan rektor, professor Mustafa
Babanlı universitetin bütün xanım əməkdaşlarını, o cümlədən
Azərbaycan xanımlarını təbrik edərək onlara xoşbəxtlik, iş və şəxsi
həyatlarında uğurlar arzu edib.

Teqlər: