Adnan Oktarın təşkilatını bu ölkə maliyyələşdirib

Adnan Oktarın təşkilatını bu ölkə maliyyələşdirib

Özünü “din adamı” kimi qələmə verən Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvlərindən biri Orkun Şimşək onları maliyyələşdirən ölkənin adını açıqlayıb.

AzerTimes Unikal-a istinadən xəbər verir ki, Şimşəyin sözlərinə görə, Oktarın təşkilatının əsas pul mənbəyi Rusiya olub.

Orkun Şimşək başda Rusiya olmaqla təşkilatın maliyyə qaynaqlarının təmin edildiyi ölkələrdə strukturu, turniket sistemi və təşkilatın həbsxanadan necə idarə edildiyi haqqında vəkillər vasitəsilə məhkəməyə məlumat verib.

Qeyd edək ki, Adnan Oktara və 14 nəfərə ümumilikdə 8 min 658 il həbs cəzası verilib.

Teqlər: