Adnan Oktarın cəzası MƏLUM OLDU: 1075 il azadlıqdan məhrum edildi

Türkiyədə bir sıra cinayətlərdə ittiham edilən və saxlanılan təriqət lideri – Adnan Oktarın bu gün növbəti məhkəmə prosesi baş tutub.

Yenicag.az xəbər verir ki, Adnan Oktar və onunla birlikdə həbs olunan 236 şəxs cinayətkar dəstənin yaradılması, uşaqlara qarşı cinsi zorakılıq, uşaq oğurluğu, zorlama, şantaj, fırıldaqçılıq, sənədlərin saxtalaşdırılması və bu kimi digər çoxsaylı cinayət əməllərində ittiham olunub. Daha sonra Adnan Oktarın 1075 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

www.yenicag.az

Teqlər: