Adlı-sanlı idmançılara qalib gəldik – Məhərrəmov

Adlı-sanlı idmançılara qalib gəldik – Məhərrəmov

V İslam Həmrəyliyi Oyunları çərçivəsində ümumilikdə Azərbaycan idmançıları 99 medal qazandı. Onlardan 15-i bizim kikboksçularımızın payına düşdü. Bu, çox yüksək nəticədir. İdmançılarımızla fəxr edirik.

Bu fikirləri AzerTimes-a açıqlamasında Azərbaycan Kikboksinq Full kontakt və K-1 versiyası üzrə milli komadasının böyük məşqcisi, əməkdar məşqci Telman Məhərrəmov deyib.

“Yarış zamanı gərginlik pik həddə idi, çünki hamımız həyəcan içində idik. Bizə ümid çox idi, ona görə mütləq yaxşı nəticə göstərməli idik. Bəlkə həyəcan, gərginlik olmasaydı medallarımız daha çox ola bilərdi. Komandamız çox güclü idi. Yarış zamanı hakimlər də qeyd etdi ki, Azərbaycan çox güclü yığma ilə iştirak edir. İdmançılarımız bu birincilikdə adlı-sanlı dünya çempionlarına qalib gələ bildi. Bu bizim üçün çox qürurvericidir”, – məşqçi bildirib.

T. Məhərrəmov ölkə başçısı ilə görüş haqda öz təəssüratını da bölüşüb:

“Bu görüş idmançılarımızın yaddaşında unudulmaz və xoş xatirə olaraq qalacaq”.

Teqlər: