Ritm qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdim. Amma matç əldən getdi. Bu gün Belarusla qarşılaşmaya nisbətən çox zəif oynadıq.
AzerTimes-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Bakıda Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis rəqib baş məşqçi və oyunçularla şəxsi qərəzliyinin olmadığını bildirib.
Adiyev matçdan sonra Canni De Byazi ilə görüşdüyünü və onu təbrik etdiyini söyləyib.
Baş məşqçi bugünkü məğlubiyyətin çox ağır olduğunu vurğulayıb:
“Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Bizim yolumuz hələ irəlidədir”.