Adil Qeybulla peyvənd tərəddüdü olanlara tövsiyə edib: Şayiələrə uymayın!

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

O, hər kəsi peyvənd olunmağa çağırıb:


“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə – 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!”.

Teqlər: