Adil Kərimli ŞƏT nazirlərinin görüşündə

Adil Kərimli ŞƏT nazirlərinin görüşündə

İyulun 12-də Belarus Respublikasında “Slavyan Bazarı Vitebskdə” XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbirdə iştirak edib.

AzerTimes xəbər verir ki, görüşdə çıxış edən nazir Adil Kərimli Belarus Respublikasını bu yaxınlarda ŞƏT-ə tamhüquqlu üzv olması münasibətilə təbrik edib. 2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan Adil Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.

Adil Kərimli onu da diqqətə çatdırıb ki, bu il ərzində Azərbaycanda Belarus, Qırğız Respublikası, Tacikistan və Rusiya Federasiyasının mədəniyyət günləri, eləcə də Özbəkistanda Azərbaycanın mədəniyyət günləri təşkil olunub.

Qeyd edək ki, “Slavyan Bazarı Vitebskdə” festivalında ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü iyulun 12-də Vitebskin Qələbə meydanında “ŞƏT ilə birlikdə sülh və yaradıcılıq naminə” adlı konsertlə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin nümayəndə heyətləri də qatılıb.

Teqlər: